Bakıda körlinq bölməsi fəaliyyətə başlayıb, xaricdən baş məşqçi gətirilib - FOTO - VİDEO

Xəbərlər
8 May 2024 11:55
Bakıda körlinq bölməsi fəaliyyətə başlayıb, xaricdən baş məşqçi gətirilib - FOTO - VİDEO

Bakıda körlinq idman bölməsinin açılışı olub.

İdman.biz xəbər verir ki, bölmə Heydər Əliyev adına İdman-Konsert Kompleksində yerləşən buz meydançasında fəaliyyət göstərəcək.

Mərasimdə qurğunun direktoru Fikrət Hüseynov, “Ocaq Sport” klubunun rəhbəri Vəfa Bəkərova, körlinq üzrə Azərbaycan yığmasının baş məşqçisi Ahmet Alperen Tunqa iştirak ediblər.

Tədbirdə öncə buz üzərində idmançılar fiqurlu konkisürmə üzrə müxtəlif çıxışlar nümayiş etdiriblər. Ardınca Bəkərova klubda bu idman bölməsinin fəaliyyətə başlaması ilə bağlı fikirlərini açıqlayıb: “Ocaq sport”da artıq yeni bir idman növünün inkişafına başlanılıb. Bu, Qış Olimpiya Oyunlarının proqramına daxil olan körlinq idman növüdür. İdman həvəskarlarını bölməyə dəvət edirik. Bununla əlaqədar biz xaricdən məşqçi gətirmişik. Komandada 4 idmançı yer alır. Gələcəkdə yığmanın daha da genişlənməsi və digər məsələlər barədə danışıqlar aparılacaq”.

Qeyd edək ki, indiyədək ölkəmizdə körlinqlə bağlı idman bölməsi olmayıb.

Banuçiçək Hüseynli
İdman.biz