Azərbaycanda buzadırmanma festivalı keçirilib - FOTO

Xəbərlər
20 Fevral 2024 12:08
Azərbaycanda buzadırmanma festivalı keçirilib - FOTO

Azərbaycan Alpinizm Federasiyası (AAF) tərəfindən Qusarın Laza kəndi yaxınlığındakı donmuş şəlalələrdə növbəti buzadırmanma festivalı keçirilib.

İdman.biz xəbər verir ki, festivalda 76 nəfər iştirak edib.

İştirakçılar üçün müxtəlif mürəkkəblik dərəcəsində marşrutlar təqdim olunub. İdmançılar mürəkkəblik və sürət disiplinlərində öz qüvvələrini sınamaq imkanı qazanıblar.

Festival təşkilatçıları buzadırmanma ilə yeni tanış olanlar üçün təlim dərsləri keçiriblər.

Qeyd edək ki, AAF alpinizm, buzadırmanma, qayayadırmanma, draytulinq, idman dırmanması, skayranninq, habelə dağ turizmini təbliğ və inkişaf etdirir.

Beynəlxalq Olimpiya Komitəsi buzadırmanmanı olimpiya növü kimi qəbul edib, Beynəlxalq Alpinizm Federasiyası (UIAA - International Climbing and Mountaineering Federation ) bu dinamik idman növünün Qış Oyunlarının rəsmi proqramına daxil edilməsi üçün iş aparır.

İdman.biz

Məqalədə: