Plyuşenkoya Belarus yığmasında çıxış etmək təklif edilib

9 Oktyabr 2026 15:08
99
Plyuşenkoya Belarus yığmasında çıxış etmək təklif edilib

Azərbaycanın fiqurlu konkisürmə üzrə milli komandasının üzvü Aleksandr Plyuşenko Belarus yığmasında çıxış edə bilərdi.

İdman.Biz “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə Belarus millisinin fiqurlu konkisürmə üzrə sabiq baş məşqçisi Oleq Vasilyev məlumat verib.

Mütəxəssis Aleksandrın Belarus yığmasına keçidi ilə bağlı Rusiya İdman Nazirliyi, Rusiya Olimpiya Komitəsi, eləcə də idmançının valideynləri Yevgeni Plyuşenko və Yana Rudkovskaya ilə danışıqlar apardıqlarını bildirib.

“Biz Aleksandr Plyuşenkonun Belarus yığmasına keçidi ilə bağlı Rusiya İdman Nazirliyi və Rusiya Olimpiya Komitəsi, həmçinin Yevgeni Plyuşenko və Yana Rudkovskaya ilə danışıqlar aparırdıq. Aleksandrın valideynləri Belarusun idman naziri Sergey Kovalkovla da görüşmüşdülər və bu keçidə etiraz etmirdilər. Lakin son anda Belarusun Konkisürmə İttifaqının rəhbəri Yuliya Komleva bu keçidə veto qoydu. Nəticədə Plyuşenko Azərbaycan yığmasına keçdi”, - deyə Vasilyev bildirib.

Qeyd edək ki, Oleq Vasilyev 2020-2026-cı illərdə Belarus millisinin baş məşqçisi olub.

Xatırladaq ki, 13 yaşlı Aleksandr Plyuşenko ikiqat Olimpiya çempionu Yevgeni Plyuşenkonun oğludur. O, 2026/27 mövsümündən etibarən beynəlxalq yarışlarda Azərbaycan bayrağı altında çıxış edir. İdmançı artıq yeniyetmələr arasında Qran-pri mərhələlərində Azərbaycan yığmasının heyətində debüt edib.

İdman.Biz