Beyin silkələnməsi keçirən norveçli xizəkçi Yohannes Hosflot Klebo ABŞ-də keçiriləcək Dünya Kuboku mərhələsində iştirak edəcək.
İdman.Biz xəbər verir ki, bu barədə idmançı NRK-a agentliyinə açıqlamasında bildirib.
“Mən başa düşürəm ki, uzun səfər və saat qurşağı dəyişikliklərinə uyğunlaşmaq üçün vaxtımın olmaması səbəbindən hazırlığım ideal olmayacaq. Amma ABŞ-da keçiriləcək Dünya Kubokunun son mərhələsində iştirak etmək istəyirəm", – deyə Klyebo qeyd edib.
Mərhələ martın 20-dən 22-dək Leyk Plesid şəhərində keçiriləcək.
