Azərbaycanlı xizəkçi Avropa çempionatında beşinci yeri tutub - VİDEO

4 Mart 2026 12:03
171
Azərbaycanlı xizəkçi Avropa çempionatında beşinci yeri tutub - VİDEO

Dağ xizək alpinizmi üzrə Azərbaycanın milli komandasının üzvü Nurid Şəkərəliyev “Şahdağ” Turizm Mərkəzində keçirilən Avropa çempionatında beşinci yeri tutub.

İdman.Biz-ə açıqlama verən Nurid Şəkərəliyev xizək sürməyə beş aydır ki başladığını bildirib.

Qusardan olan xizəkçi qeyd edib ki, bu onun beynəlxalq yarışda ikinci uğurudur. Belə ki, idmançımız ötən ay Türkiyənin Kayseri şəhərində təşkil olunan “Türkiye Open Sprint Cup” yarışında gümüş medal qazanıb.

Qeyd edək ki, “Şahdağ” Turizm Mərkəzində keçirilən xizək alpinizmi üzrə Avropa çempionatı martın 8-dək davam edəcək.

İdman.Biz