Vladimir Litvintsevin Avropa çempionatında çıxış edə bilməməsinin səbəbi məlum olub - Federasiyadan İDMAN.BİZ-ə AÇIQLAMA

Müsahibə
15 Yanvar 2026 17:20
72
Vladimir Litvintsevin Avropa çempionatında çıxış edə bilməməsinin səbəbi məlum olub - Federasiyadan İDMAN.BİZ-ə AÇIQLAMA

Azərbaycanlı fiqurlu konkisürən Vladimir Litvintsev Böyük Britaniyanın Şeffild şəhərində keçirilən Avropa çempionatında viza problemlərinə görə iştirak edə bilməyib.

Bu barədə İdman.Biz-ə Qış İdman Növləri Federasiyasının baş katibi Günel Bədəlova məlumat verib.

“Litvintsev vizanı sadəcə çox gec əldə etdi və bu səbəbdən Şeffildə vaxtında çata bilmədi. Yeri gəlmişkən, onun Olimpiya Oyunlarında iştirakı ilə bağlı problem olmayacaq – həmin yarış üçün vizası artıq var”, – deyə baş katib bildirib.

Qeyd edək ki, Olimpiya Oyunları fevralın 6-dan 26-dək İtaliyada keçiriləcək.

İdman.Biz