Amerikalı fiqurlu konkisürən İlya Malinin Kanadanın Saskatun şəhərində keçirilən Qran-pri seriyasının üçüncü mərhələsində qalibi olub.
İdman.Biz xəbər verir ki, idmançı sərbəst proqramda 228,97 xal toplayaraq yeni dünya rekordu müəyyənləşdirib.
Hər iki proqramın yekununda onun ümumi nəticəsi 333,81 xal olub.
İkinci yeri estoniyalı Aleksandr Selevko (257,21 xal), üçüncü yeri isə yaponiyalı Kao Miura (253,69 xal) tutub.
Qeyd edək ki, Malinindən əvvəlki dünya rekordu da ona məxsus idi – 227,79 xal. Bu nəticəni o, 2024-cü ilin martında göstərmişdi.
