2024-cü ilin Rusiya çempionu və bədii gimnastika üzrə yeniyetmələr arasında üçqat dünya çempionu Lalə Kramarenko rusiyalı yeniyetmə gimnastların məşqlərini şərh edib.
İdman.Biz-in məlumatına görə, Kramarenko onların daha ifadəli olduqlarını və musiqini vurğuladığını qeyd edib.
"Gənc qızları ilk dəfə gördüm. Qızların çox maraqlı proqramları var. Onlar daha ifadəli və artistik olublar, bu, bədii gimnastika üçün çox vacibdir. Ona görə də bu gün bura gələ bildiyimə görə şadam. Mən musiqiyə çoxlu vurğu gördüm. İndi ən azı iki yavaşlama lazımdır və ritm dəyişikliyinə ehtiyac var. Buna görə də, bu, çox gözəldir. Əvvəllər belə deyildi, mən heç fərqinə varmamışam. İndi proqrama məhz incəsənət və tamaşa kimi baxılır” – Kramarenko bildirib.
Xatırladaq ki, Lalə Kramarenko 2014-cü ilə kimi bədii gimnastikada Azərbaycanı təmsil edib. O, həmin il Moskvaya köçərək Rusiya yığmasının tərkibində çıxış etməyə başlayıb. Onun atası Dmitri Kramarenko Azərbaycan milli futbol komandasının keçmiş qapıçısı olub.