Lənkəranda gənc gimnastlar üçün ustad dərsi keçirilib - VİDEO

Xəbərlər
28 Dekabr 2025 09:45
44
Lənkəranda gənc gimnastlar üçün ustad dərsi keçirilib - VİDEO

Azərbaycanın bədii gimnastika üzrə böyüklərdən ibarət qrup hərəkətləri komandası Lənkəran Olimpiya İdman Kompleksində kiçik gimnastlar üçün ustad dərsi keçirib.

İdman.Biz xəbər verir ki, ustad dərsi zamanı milli komandanın üzvləri uşaqlara qrup hərəkətlərinin əsas texniki elementlərini, sinxronluq, ritm və koordinasiya ilə bağlı vacib nüansları izah ediblər. Məşq prosesi interaktiv formatda təşkil olunub və gənc gimnastlar suallarını birbaşa idmançılara ünvanlamaq imkanı əldə ediblər.

Tədbirin əsas məqsədi regionlarda bədii gimnastikanın inkişafına dəstək olmaq, istedadlı uşaqları erkən mərhələdən düzgün istiqamətləndirmək və onlarda bu idman növünə marağı daha da artırmaqdır.

İdman.Biz