Federasiya prezidenti: “Rüstəmin ən böyük qələbəsi güclü iradəsidir” - FOTO

Müsahibə
11 May 2024 15:31
165
Federasiya prezidenti: “Rüstəmin ən böyük qələbəsi güclü iradəsidir” - FOTO

“Ölkədə idmanın inkişafı, beynəxalq arenada təmsil olunması cənab Prezident İlham Əliyevin diqqət və qayğısının nəticəsidir”.

İdman.biz xəbər verir ki, bunu Azərbaycan Ağırlıqqaldırma Federasiyasının prezidenti Kamran Nəbizadə “Hələ heç nə bitməyib - Rüstəm İmanzadə” filminin premyerasında deyib.

Onun sözlərinə görə, daim atletlərimizin problemləri, onların inkişafı dövlət rəhbərliyinin diqqətindədir: “Bu da bizim məsuliyyətimizi artırır ki, idmançılarımızın heç bir problemi olmasın və beynəxlalq arenada dövlətimizi layiqincə təmsil etsinlər. Rüstəm artıq gənc yaşında öz naliyyətləri ilə mahərətini nümayiş etdirib. Onun ən böyük qələbəsi güclü iradəsinin və ruhunun olmasıdır. Onun həyat sevgisinə valeh oldum. Dedim ki, bəlkə səni paralimpiyaya yönəldək, o, qəbul etmədi. Cavabında bildirdi ki, sağalıb bundan sonra da böyük uğurlara nail olacaq. Bu bizim bütün gənclərimiz üçün böyük bir örnəkdir. Hər şey alına bilər. Əsas insanın güvənidir. Bu cəhətdən federasiya olaraq şəxsən mən də söz verirəm ki, əlimizdən gələni edəcəyik. Əsas Rüstəm özü inkişaf etsin və istədiyinə nail olsun. Onun həyatı bizim gənclərimizə örnək olsun”.

Qeyd edək ki, Rüstəm İmanzadənin həyatına həsr olunan film Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə ərsəyə gəlib.

Banuçiçək Hüseynli
İdman.biz