Dadaş Dadaşbəyli: “Dünya kubokunundakı nəticəm kiçik uğur deyil” – MÜSAHİBƏ

Müsahibə
12 Aprel 2024 11:27
Dadaş Dadaşbəyli: “Dünya kubokunundakı nəticəm kiçik uğur deyil” – MÜSAHİBƏ

Azərbaycan millisinin ağırlıqqaldıranı Dadaş Dadaşbəylinin (109 kq) İdman.biz saytına müsahibəsi

- Tailandın Phuket şəhərində keçirilən Dünya kubokunu 3 gümüş medalla başa vurdun. Çıxışınızı necə şərh edərdiz?

- Sevincimin həddi-hüdudu yoxdur. Karyeramda ilk dəfə Dünya kubokunda 3 gümüş medal qazandım. Bu nəticəni əldə etmək üçün əlimdən gələni etdim. Ağır əməliyyat və ard-arda yarışlardan sonra bu turnirdə iştirak etmək çox çətin oldu. Öhdəsindən də bacardığım qədər gəldim.

- Yarışda əsas rəqiblərinizdən kimi fərqləndirərdiz?

- Əsas rəqibim Olimpiaya, dünya və Asiya çempionu Əkbər Curayev idi. Əsas mübarizəm də özbəkistanlıya qarşı idi.

- Kuboku və qızıl medalı qazanmağa nə mane oldu?

- Curayevdən fərqli, mən Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya üçün bu il bütün yarışlara qatılmışam. Zədəm də var. Amma bugünkü nəticəm kiçik uğur deyil.

- Onda çıxışını qənaətbəşx hesab edirsən?

- Birdən qaldırma hərəkətində normal çıxış etdim, 181 kq qaldırdım. Qolumun hərəkəti nəticəsində bunu saymadılar. Saysaydılar, göstəricim daha yaxşı olacaqdı. Əslində, qeydə ala bilərdilər, cuzi bir yanlışlıq var idi. Təkanla qaldırmada 211 kq-ın öhdəsindən gəldim. Bundan çoxunu zədəyə görə qaldırmaq istəmədim. Ağrılarım vardı.

- Bu yarışda ağır çəkidə çıxış edəcəyini bildirmişdin. Amma köhnə çəkini dəyişmədin...

- Bəli, ağır çəkidə iştirak edəcəyimi demişdim. Sadəcə, zədələrimə görə məşq edə bilmədim, tam olaraq yarışa adaptasiya oluna bilmədiyim. Bunun üçün yenə məcburiyyət qarşısında öz çəkimdə mübarizə apardım. Düşünürəm ki, +109 kq-da da çıxış etsəydim bu nəticəni əldə edə bilərdim.

Emin Ağa
İdman.biz