Dadaş Dadaşbəyli Avropa çempionu olub - 12 ildən sonra ilk - FOTO

Xəbərlər
19 Fevral 2024 21:24
Dadaş Dadaşbəyli Avropa çempionu olub - 12 ildən sonra ilk - FOTO

Azərbaycan ağırlıqqaldıranı Dadaş Dadaşbəyli Avropa çempionu tituluna yiyələnib.

İdman.biz xəbər verir ki, 109 kq çəkidə çıxış edən atlet bu uğura Bolqarıstanın paytaxtı Sofiyada keçirilən qitə birinciliyində nail olub.

O, birdənqaldırmada 176 kq çəkinin öhdəsindən gələrək, qızıl medal alıb. Dadaşbəyli təkanlaqaldırmada da 212 kq çəkini ram edərək, rəqiblərini qabaqlatıb. Toplamda 388 kq (176+212) nəticə göstərən yığmanın lideri fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Bununla da, Dadaşbəyli kişilər arasında ağırlıqqaldırma üzrə Avropa çempionatının qızıl medalını 12 ildən sonra ölkəmizə qazandıran ilk idmançı olub.

İdman.biz

Məqalədə: