Nazilə İsmayılova Avropa çempionatındakı çıxışını başa vurub – qrupda 3-cü yer

Xəbərlər
12 Fevral 2024 17:05
163
Nazilə İsmayılova Avropa çempionatındakı çıxışını başa vurub – qrupda 3-cü yer

Bolqarıstanın paytaxtı Sofiyada keçirilən ağırlıqqaldırma üzrə Avropa çempionatı start götürüb.

İdman.biz xəbər verir ki, Azərbaycan millisinin heyətində ilk olaraq Nazilə İsmayılova körpücük üzərinə qalxıb.

O, 45 kq çəki dərəcəsinin B qrupunda qüvvəsini sınayıb.

Atletimiz toplam 128 kq (58+70) nəticə göstərib və B qrupunda 3-cü olub.

Nazilənin yekun sıralamadakı yeri bu çəki dərəcəsinin A qrupunda çıxışlar başa çatandan sonra məlum olacaq.

Qeyd edək ki, 43 ölkədən 402 atletin (202 kişi + 200 qadın) qatıldığı çempionat fevralın 20-dək davam edəcək.

İdman.biz