İsa Hüseynov Avropa birinciliyində üç bürünc medal qazandı - YENİLƏNİB+FOTO

21 Avqust 2026 21:27
855
İsa Hüseynov Avropa birinciliyində üç bürünc medal qazandı - YENİLƏNİB+FOTO

Azərbaycan millisinin ağırlıqqaldıranı İsa Hüseynov Kosovonun Priştina şəhərində keçirilən U-15 və yeniyetmələr arasında Avropa birinciliyində üç bürünc medal qazanıb.

İdman.Biz xəbər verir ki, 60 kq çəki dərəcəsində mübarizə aparan idmançımız birdən qaldırma hərəkətində 93 kq nəticə göstərərək üçüncü yeri tutub.

Hüseynov təkanla qaldırmada 116 kq ağırlığın öhdəsindən gəlib və bu hərəkətdə də bürünc medala sahib olub.

Azərbaycan təmsilçisi iki hərəkətin cəmində 209 kq nəticə göstərərək toplamda da Avropa birinciliyinin bürünc mükafatını qazanıb.

Beləliklə, İsa Hüseynov yarışda birdən qaldırma, təkanla qaldırma və toplam nəticədə olmaqla ümumilikdə üç bürünc medal əldə edib.

17:17

Azərbaycan ağırlıqqaldıranı Məhəmməd Rüstəmli Kosovonun paytaxtı Priştinada keçirilən U-15 və yeniyetmələr arasında Avropa birinciliyində iki gümüş və bir bürünc medal qazanıb.

İdman.Biz xəbər verir ki, 55 kq çəki dərəcəsində yarışan milli üzvü birdənqaldırma hərəkətində 91 kq çəkini ram edərək bürünc mükafat əldə edib.

Rüstəmli təkanlaqaldırmada daha yaxşı çıxış edib. Bu dəfə 110 kq ağırlığı başı üzərinə qaldıran təmsilçimiz gümüş medala sahib olub.

Beləliklə, iki hərəkətin cəmində 201 kq nəticə göstərən Məhəmməd Rüstəmli toplamda da fəxri kürsünün ikinci pilləsinə yüksəlib.

Qeyd edək ki, medalçıların mükafatlandırma mərasimində Azərbaycan Ağırlıqqaldırma Federasiyasının vitse-prezidenti Firdovsi Umudov da iştirak edib.

İdman.Biz