Əməkdar məşqçi qəfil ürəktutmadan vəfat etdi

Xəbərlər
9 Dekabr 2025 12:51
93
Əməkdar məşqçi qəfil ürəktutmadan vəfat etdi

Azərbaycan ağırlıqqaldırma ictimaiyyətinə ağır itki üz verib.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Ağırlıqqaldırma Federasiyasından məlumat verilib.

İdman ustası, əməkdar məşqçi, Respublika dərəcəli hakim və “Göyəzən” klubunun məşqçi müəllimi Rəayət Abdalov vəfat edib. O, 54 yaşında həyatını itirib.

Onun qəfil ürəktutmadan vəfat etdiyi bildirilir.

İdman.Biz