Azərbaycanlı hakimə növbəti təyinat

Xəbərlər
4 Dekabr 2023 14:47
110
Azərbaycanlı hakimə növbəti təyinat

Azərbaycanın beynəlxalq dərəcəli hakimi Eldar Zülfüqarov və federasiyanın meneceri Nərgiz İsmayılova təyinat alıblar.

İdman.biz xəbər verir ki, həmyerlilərimiz 18 yaşadək oğlanlar arasında keçiriləcək Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatında iş başında olacaqlar.

Zülfüqarov dekabr 5-9-da Gürcüstanın Telavi şəhərində təşkil olunacaq yarışda oyunları idarə edəcək. İsmayılova isə EEVZA-da supervayzer kimi hakimlərin işinə qiymət verəcək.

Qeyd edək ki, yarışda Azərbaycan, Gürcüstan, Latviya, Ukrayna, Estoniya və Polşa komandaları mübarizə aparacaqlar.

İdman.biz