Türkiyə voleybolçuları finalda məğlub olublar

Xəbərlər
7 Sentyabr 2025 19:00
64
Türkiyə voleybolçuları finalda məğlub olublar

Türkiyə və İtaliya milli komandaları arasında qadın voleybolçular arasında 2025-ci il dünya çempionatının final oyunu keçirilib.

İdman.biz bildirir ki, oyunda İtaliya voleybolçuları 3:2 (25:23, 13:25, 26:24, 19:25, 15:8) hesabı ilə qalib gəliblər.

2025-ci il qadınlar arasında voleybol üzrə dünya çempionatı avqustun 22-dən sentyabrın 7-dək Taylandın dörd şəhərində (Banqkok, Nakhon Raçasima, Çianq May və Phuket) keçirilib.

Yarışın yarımfinalında Türkiyə komandası dörd setdə Yaponiyanı məğlub edib. Qarşılaşma 3:1 (16:25, 25:17, 25:18, 27:25) hesabı ilə başa çatıb. Turnirin eyni mərhələsində İtaliya yığması Braziliyaya beş setdə qalib gəlib - 3:2 (22:25, 25:22, 28:30, 25:22, 15:13).

Keçən dünya çempionları Serbiya komandası cari turnirin 1/8 final mərhələsində Niderlanda 5 setdə məğlub olub.

İdman.biz