Türkiyə millisi tarix yazır

Xəbərlər
4 Sentyabr 2025 19:42
44
Türkiyə millisi tarix yazır

Türkiyənin qadın voleybolçulardan ibarət milli komandası 2025-ci il FIVB qadınlararası voleybol üzrə dünya çempionatının 1/4 finalında ABŞ-ı 3:1 hesabı ilə məğlub edərək, tarixində ilk dəfə olaraq 1/2 finala vəsiqəni təmin edib.

İdman.biz xəbər verir ki, yarımfinalda Türkiyə millisi Yaponiya komandası ilə qarşılaşacaq.

Digər yarımfinalda Braziliya və İtaliya üz-üzə gələcəklər.

Dünya çempionatı Taylandda keçirilir.

İdman.biz