Dünya çempionatında 1/8 final cütləri müəyyənləşib

Xəbərlər
28 Avqust 2025 02:14
49
Dünya çempionatında 1/8 final cütləri müəyyənləşib

Qadın voleybolçular arasında keçirilən dünya çempionatında qrup mərhələsinə yekun vurulub.

İdman.biz xəbər verir ki, Tailandın evsahibliyi etdiyi mundialda 16 komanda pley-offa vəsiqə qazanıb.

Türkiyə yığması 1/8 finalda Sloveniya ilə qarşılaşacaq. Son çempion Serbiya isə Niderlandla münasibətlərə aydınlıq gətirəcək. Pley-off mərhələsinə avqustun 29-da start veriləcək.

Dünya çempionunun adına sentyabrın 7-də aydınlıq gələcək.

Dünya çempionatı, 1/8 final
29 avqust

Niderland - Serbiya
Yaponiya - Tailand

30 avqust
İtaliya - Almaniya
Polşa - Belçika

31 avqust
Çin - Fransa
Braziliya - Dominikan Respublikası

1 sentyabr
ABŞ - Kanada
Türkiyə - Sloveniya

İdman.biz