Bu gün kişi voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununa çıxıb.
İdman.biz xəbər verir ki, Fərid Cəlalovun baş məşqçisi olduğu komanda Avstriyanı qəbul edib.
İlk oyunda rəqibinə 0:3 hesabı ilə uduzan yığmamız üçün görüş formal xarakter daşıyıb. Son görüş də əvvəlkilərdən fərqlənməyib. Növbəti dəfə “quru hesabla” uduzan voleybolçularımız seçmə mərhələsini set qazanmadan başa vurublar.
Avropa çempionatı
Seçmə mərhələ
16 avqust
18:00. Azərbaycan – Avstriya - 0:3 (13:25, 12:25, 18:25)
Hakimlər: Stanislava Simiç (Serbiya), Seçkin Yener (Türkiyə)
Bakı, Voleybol Mərkəzi
1 |
Belçika |
4 |
4 |
0 |
12-1 |
12 |
2 |
Avstriya |
4 |
2 |
2 |
7-6 |
6 |
3 |
Azərbaycan |
4 |
0 |
4 |
0-12 |
0 |
Qeyd edək ki, reqlamentə əsasən qrup qalibləri və 7 qrupun ən yaxşı ikincisi olacaq 5 komanda AVRO-2026-da iştirak hüququ qazanacaq.
İdman.biz