Dünya çempionatında iki qadın voleybolçu kişi çıxıb - VİDEO

Xəbərlər
13 Avqust 2025 14:36
69
Dünya çempionatında iki qadın voleybolçu kişi çıxıb - VİDEO

İki vyetnamlı voleybolçu İndoneziyada keçirilən qadınlar arasında U21 dünya çempionatında gender testindən keçə bilməyib.

İdman.biz "Jakarta Globe"a istinadən xəbər verir ki, voleybol üzrə Vyetnam millisinin iki idmançısı kişi olaraq tanınıb.

Cinsin təsdiqi üçün test rəqib komandanın sorğusu əsasında aparılıb – onlar qaydaların pozulmasından şübhələniblər.

Beynəlxalq Voleybol Federasiyası (FIVB) həmin idmançıların iştirak etdiyi bütün oyunların nəticələrini ləğv edib və onları turnirdən uzaqlaşdırıb.

Nəticədə Vyetnam komandası 1/8 finala vəsiqə qazana bilməyəcək və 17-24-cü yerlər uğrunda mübarizə aparacaq. Vyetnam Voleybol Federasiyası bu qərarla bağlı FIVB-yə apellyasiya şikayəti təqdim edib.

İdman.biz