Azərbaycan millisinin Belçika ilə oyun üçün heyəti açıqlanıb

Xəbərlər
12 Avqust 2025 10:58
50
Azərbaycan millisinin Belçika ilə oyun üçün heyəti açıqlanıb

Kişi voleybolçulardan ibarət Azərbaycan millisinin heyəti açıqlanıb.

İdman.biz xəbər verir ki, baş məşqçi Fərid Cəlalov Avropa çempionatının təsnifat mərhələsində Belçika ilə oyun üçün 14 oyunçu sifariş edib.

B qrupunda yer alan komandamız artıq bu heyətlər Roeselare şəhərinə də yollanıb.

Azərbaycan millisi
Hücumçular:
Vüsal Qurbanov, Andrey Melnikov, Cavid Əzimov, Aslan Həmidov, Ruslan Əliyev, Kənan Həsənli, Mirəşrəf Rzazadə
Blokçular: Elmin Alışanov, Mərdan Məmmədov, Ramazan Ağabəyov
Toppaylayıcılar: Mirhasil Seyidli, Əmirmehdi Ablou
Liberolar: Kənan Allahverdiyev, Nihad Qasımov

Qeyd edək ki, ötən il bu komandalar arasında baş tutan ilk oyunda rəqib 3:0 hesabı ilə qələbə qazanıb.

İdman.biz