Müharibə dünya çempionatının keçirilməsinə mane ola bilər

Xəbərlər
26 İyul 2025 12:14
42
Müharibə dünya çempionatının keçirilməsinə mane ola bilər

Avqustda Tailandda start götürməli olan voleybol üzrə dünya çempionatı təhlükə altındadır – Kamboca ilə müharibə turnirə mane ola bilər.

İdman.biz xəbər verir ki, Tailandla Kamboca sərhədində baş verən hərbi toqquşmalar səbəbindən qadın milli komandaları mundialda iştirak edib-etməyəcəklərini yenidən nəzərdən keçirməyə başlayıblar.

Bu barədə "Sport Interia" məlumat yayıb.

Polşa artıq bu mövzu ilə bağlı mövqeyini açıqlayıb: "Biz FIVB-dən (Beynəlxalq Voleybol Federasiyası) məlumat gözləyirik. Onların planlarının nə olduğunu bilmək istəyirik. Bu vəziyyətə dair hansısa tədbir görəcəklərmi? Yaxın keçmişdə biz dünya çempionatının yerinin dəyişdirilməsi prosesində iştirak etmişdik. Mütləq şəkildə Gənclər və İdman Nazirliyi, eləcə də Xarici İşlər Nazirliyi ilə danışıqlar aparacağıq. Onların göstərişlərini gözləyəcəyik. Daha çox məlumat almaq üçün bizə müəyyən vaxt lazımdır."

FIVB daha əvvəl turnirin əvvəlcədən planlaşdırıldığı kimi keçiriləcəyini bildirmişdi. Lakin bu açıqlamadan sonra Kamboca ilə Tailand sərhədində vəziyyət daha da gərginləşib. Bu səbəbdən bir çox komanda FIVB-nin yeni qərarını gözləyir.

İdman.biz

Məqalədə: