Universiada: Çimərlik voleybolçularımız yenə uduzublar - Yenilənib/VİDEO

Xəbərlər
22 İyul 2025 19:47
83
Universiada: Çimərlik voleybolçularımız yenə uduzublar - Yenilənib/VİDEO

Almaniyanın Reyn-Rur bölgəsində keçirilən Universiadada çimərlik voleybolu üzrə yarışlar davam edir.

İdman.biz-in Almaniyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, oyunlar Duysburq şəhərində keçirilir.

Qadınlar arasında Azərbaycanı təmsil edən çimərlik voleybolçuları – Səbinə Əlizadə və Fidan Əhmədxanova multiforumda ikinci oyunlarını keçiriblər. Onlar litvalı cütlük – Krizanauskayte və Rutkovskaya ilə qarşılaşmada iki setdə uduzublar. Bu, onların Universiadadakı ikinci məğlubiyyətidir.

Daha sonra kişilərdən ibarət duetimiz – Nəriman Bayramlı və Ayxan Abdullayev meydançaya çıxıb. Onlar avstriyalı cütlük – Klemen və Spoler ilə qarşılaşınlar.Gorüş rəqib komandanın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

*** 15:15

Almaniyanın Reyn-Rur bölgəsində keçirilən Universiadada çimərlik voleybolu üzrə yarışlar davam edir.

İdman.biz-in Almaniyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, oyunlar Duysburq şəhərində keçirilir.

Qadınlar arasında Azərbaycanı təmsil edən çimərlik voleybolçuları – Səbinə Əlizadə və Fidan Əhmədxanova multiforumda ikinci oyunlarını keçiriblər. Onlar litvalı cütlük – Krizanauskayte və Rutkovskaya ilə qarşılaşmada iki setdə uduzublar. Bu, onların Universiadadakı ikinci məğlubiyyətidir.

Daha sonra kişilərdən ibarət duetimiz – Nəriman Bayramlı və Ayxan Abdullayev meydançaya çıxacaq. Onlar avstriyalı cütlük – Klemen və Spoler ilə qarşılaşacaqlar.

İdman.biz