Universiada: Çimərlik voleybolçularımızdan qələbəsiz vida - VİDEO/YENİLƏNİB

Xəbərlər
23 İyul 2025 19:41
66
Universiada: Çimərlik voleybolçularımızdan qələbəsiz vida - VİDEO/YENİLƏNİB

Almaniyanın Reyn-Rur bölgəsində keçirilən Universiadada çimərlik voleybolu üzrə yarışlar davam edir.

İdman.biz-in Almaniyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, Azərbaycanın idmançıları günü uğursuz başa vurublar.

Kişi dueti – Nəriman Bayramlı və Ayxan Abdullayevin multiforum çərçivəsində üçüncü oyunu baş tutub. Onlar italiyalı Lervolino-Mançini cütlüyünə iki setdə məğlub olublar. Bayramlı və Abdullayev indiyədək keçirdikləri üç oyunun hamısından məğlubiyyətlə ayrılıblar.

Daha sonra çimərlik voleybolu üzrə qadın komandamız – Səbinə Əlizadə və Fidan Əhmədxanova cütlüyü növbəti görüşünü keçirib. Onların rəqibləri hindistanlı voleybolçular olub. Oyun asiyaların qələbəsi ilə yekunlaşıb. Qızlarımız da oğlanlarımız kimi Universiadanı qələbəsiz başa vurublar.

***

15:30

Almaniyanın Reyn-Rur bölgəsində keçirilən Universiadada çimərlik voleybolu üzrə yarışlar davam edir.

İdman.biz-in Almaniyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, Azərbaycanın kişi dueti – Nəriman Bayramlı və Ayxan Abdullayevin multiforum çərçivəsində üçüncü oyunu baş tutub.

Onlar italiyalı Lervolino-Mançini cütlüyünə iki setdə məğlub olublar.

Beləliklə, Bayramlı və Abdullayev indiyədək keçirdikləri üç oyunun hamısından məğlubiyyətlə ayrılıblar.

Daha sonra çimərlik voleybolu üzrə qadın komandamız – Səbinə Əlizadə və Fidan Əhmədxanova cütlüyü növbəti görüşünü keçirəcək. Onların rəqibləri hindistanlı voleybolçular olacaq.

Zəki Feyzullayev
İdman.biz

Məqalədə: