Konfrans Liqası: “Zirə” “Hayduk”a qarşı

Xəbərlər
23 İyul 2025 09:34
60
Konfrans Liqası: “Zirə” “Hayduk”a qarşı

Bu gün "Zirə" UEFA Konfrans Liqasında ilk matçına çıxacaq.

İdman.biz xəbər verir ki, Premyer Liqanın gümüş medalçısı İİ təsnifat mərhələsi çərçivəsində Xorvatiya "Hayduk"unu qəbul edəcək.

8-ci km stadionunda ("Neftçi Arena") baş tutacaq matç saat 19:30-da start götürəcək.

UEFA Konfrans Liqası
II təsnifat mərhələsi, ilk oyun
19:30. “Zirə” (Azərbaycan) – “Hayduk” (Xorvatiya)
Baş hakim:
Xristos Vergetis (Yunanıstan)
Bakı, 8-ci km stadionu

Qeyd edək ki, komandalar arasında cavab oyunu iyulun 31-də baş tutacaq.

İdman.biz