Voleybol üzrə qadınlar arasında Azərbaycan çempionatında komanda sayı 9-a çata bilər.
İdman.biz xəbər verir ki, bunu "Report"a açıqlamasında Azərbaycan Voleybol Federasiyasının preizdenti Şahin Bağırov deyib.
O, növbəti mövsümdən qadınların yarışında komanda sayının artacağını bildirib: "Hazırda 8 komandalı çempionat üzərində işləyirik. Bildiyiniz kimi, əvvəllər bu rəqəm 6-ya bərabər idi. Lakin ola bilər ki, say 9-a çatsın. Amma bu dəqiq deyil. Azərbaycanda voleybolun inkişafı göz qabağınadır. İnanıram ki, istədiyimiz hədəflərə çatacağıq".
İdman.biz