“Qarabağ" İrlandiyadan darmadağınla dönür- Yenilənib/VIDEO

24 İyul 2025 00:37
541
“Qarabağ" İrlandiyadan darmadağınla dönür- Yenilənib/VIDEO

"Qarabağ" bu gün UEFA Çempionlar Liqasında mübarizəyə başlayıb.

İdman.biz xəbər verir ki, Azərbaycan çempionu II təsnifat mərhələsinin ilk matçında İrlandiya "Şelburn"unun qonağı olub

Dublində baş tutacaq matçda Qurban Qurbanovun komandası favorit hesab olunduğu sübuta yetirib. Erkən qol vuran çempionumuz sona yaxın daha iki dəfə fərqlənib. 3:0 hesabı ilə qalib gələn "Qarabağ" demək olar ki, növbəti mərhələyə vəsiqəni təmin edib.

UEFA Çempionlar Liqası
II təsnifat mərhələsi, ilk oyun

22:45. "Şelburn" (İrlandiya) - "Qarabağ" (Azərbaycan) - 0:3
Qollar:
Leandro Andrade, 13 - Aleksey Kaşuk, 81. Nəriman Axundzadə, 85

Baş hakim: Ante Kulina (hamısı Xorvatiya)
Dublin, "Tolka Polka"

"Şelburn": 19. Lorkan Holi, 2. Çon Qannon, 4. Kameron Ledvic, 29. Patrik Barret (k), 3. Tirek Uilson, 7. Harri Vud, 6. Conatan Lunni, 23. Kerr Maklnroy, 14. Alister Kute, 27. Evan Ceffri, 11. Ademipo Odubeko
Baş məşqçi: Cosef O'brayn

"Qarabağ": 97. Fabian Buntiç, 18. Dani Bolt, 13. Bəhlul Mustafazadə, 2. Mateus Silva, 27. Toral Bayramov, 20. Kadi Borges, 35. Pedro Bikalyo, 11. Emmanuel Adday, 10. Abdullah Zubir (k), 15. Leandro Andrade, 90. Nəriman Axundzadə
Baş məşqçi: Qurban Qurbanov

Qeyd edək ki, komandalar arasında cavab oyunu iyulun 30-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

İdman.biz