Bu gün "Araz-Naxçıvan" avrokubokda debüt oyununa çıxıb.
İdman.biz xəbər verir ki, Premyer Liqanın bürünc medalçısı UEFA Konfrans Liqasının II təsnifat mərhələsində ilk matçını keçirib.
Elmar Baxşıyevin baş məşqçisi olan komanda "Dalğa Arena"da Yunanıstan "Aris"ini sınağa çəkib. Oyunun ilk hissəsində qapılara qol vurulmayıb. Fasilədən sonra qonaqlar hesabı açıblar. Amma ruhdan düşməyən "Araz-Naxçıvan" geridönüş edə bilib. Felipe Santos və Patrik Andrade fərqləniblər. 2:1 hesabı qalib gələn təmsilçimiz səfərə üstün yollanacaq.
UEFA Konfrans Liqası
II təsnifat mərhələsi, ilk oyun
24 iyul
20:00. "Araz-Naxçıvan" (Azərbaycan) - "Aris" (Yunanıstan) - 2:1
Qollar: Felipe Santos, 75. Patrik Andrade, 78 - Loren Moron, 66
"Araz-Naxçıvan": 12. Kristian Avram, 34. Ürfan Abbasov, 3. Bəxtiyar Həsənalızadə, 4. İqor Ribeyro, 77. Bruno Aleksandre, 19. Bar Kohen, 6. Patrik Andrade, 29. Vanderson, 70. Çarlz Boli, 10. Felipe Santos, 11. Ba-Muaka Simakala
Baş məşqçi: Elmar Baxşıyev
"Aris": 33. Giorgos Atanasiadis, 37. Hamza Mendil, 4. Fabiano Leymann, 14. Yakub Brabek, 27. Noa Fadiqa, 8. Monçu, 97. Fredrik Yensen, 10. Uroş Raçiç, 99. Kleyton Diandi, 7. Karles Peres, 80. Loren Moron
Baş məşqçi: Marinos Ouzounidis
Baş hakim: Andrey Kivulete (Rumıniya)
Bakı, "Dalğa Arena"
Qeyd edək ki, cavab görüşü iyulun 31-də keçiriləcək.
İdman.biz