Andrey Melnikov "Xilasedici"də

Xəbərlər
14 İyul 2025 09:57
40
Andrey Melnikov "Xilasedici"də

Azərbaycan millisinin voleybolçusu Andrey Melnikov karyerasını Azərbaycanda davam etdirəcək.

İdman.biz xəbər verir ki, forvard Çağırış Kubokunda mübarizəyə hazırlaşan "Xilasedici"ni gücləndirəcək.

Daha əvvəl Yüksək Liqanın bürünc mükafatçısı olan klub Vüqar Bayramovu da heyətinə qatıb.

Qeyd edək ki, Melnikov ötən mövsüm Rumıniya kubokunu və ölkə çempionatının gümüş medallarını qazanan "Korona Braşov"da çıxış edib.

İdman.biz