Məşqçi kursu Naxçıvanda

Xəbərlər
9 İyul 2025 15:00
41
Məşqçi kursu Naxçıvanda

Azərbaycan Voleybol Federasiyası (AVF) növbəti dəfə məşqçi-müəllimlər üçün 1-ci dərəcə məşqçi kursu təşkil edir.

İdman.biz xəbər verir ki, dərslər iyulun 14-20-də Naxçıvanda İlham Əliyev adına OİK-də baş keçiriləcək.

Kursda AVF-nin Naxçıvan filialının tərkibinə daxil olan şəhər və rayonlardan məşqçi-müəllimlər iştirak edəcəklər. Nəzəri və praktik hissələrdən ibarət olacaq dərsləri AVF-nin Təlim və aşağı yaş qruplarının rəhbəri Cengiz Akarçeşme keçəcək. Sonda təşkil olunacaq imtahandan uğurla keçəcək mütəxəssislər AVF-nin 1-ci dərəcə sertifikatını alacaqlar.

Qeyd edək ki, 2024-cü ildə Qəbələdə (9-12 avqust), Sumqayıtda (21-26 sentyabr) və Bakıda (7-22 dekabr) 1-ci dərəcə məşqçi kursları keçirilib. Federasiya tərəfindən digər bölgələrdə də kurslar da təşkil olunacaq. 1-ci dərəcə sertifikatı almış məşqçi-müəllimlər yerli çempionatlarda məşqçilik edə biləcəklər.

İdman.biz