Kişi voleybolçulardan ibarət “Xarı Bülbül Şuşa” klubu bu gün Çağırış kubokunda 1/16 final mərhələsinin ilk oyununa çıxıb.
İdman.biz xəbər verir ki, Ziya Rəcəbovun komandası Bakıda Yunanıstanın “Panatinaikos” klubuna uduzub.
Oyuna yaxşı başlayan qonaqlar birinci setdə asan qələbə qazanıblar. Məğlubiyyətdən özünə itirən voleybolçularımız ikinci setdə də ciddi müqavimət göstərə bilməyiblər. Yalnız üçüncü setdə “Xarı Bülbül Şuşa” uzun müddət hesabda irəli olub. Amma sona yaxın daha dəqiq oynayan “Panatinaikos" 3:0 hesabı ilə qələbə qazanıb.
Qeyd edək ki, komandalar arasında cavab matçı noyabrın 29-da Yunanıstanda keçiriləcək.
Çağırış kuboku
1/16 final, ilk oyun
21 noyabr
19:00. “Xarı Bülbül Şuşa” (Azərbaycan) – “Panatinaikos” (Yunanıstan) - 0:3 (20:25, 17:25, 20:25)
Bakı. Voleybol Mərkəzi
İdman.biz