Avropa Qızıl Liqasının Xorvatiya mərhələsi: statistika Azərbaycan komandasının tərəfində

Xəbərlər
12 İyun 2025 13:50
60
Avropa Qızıl Liqasının Xorvatiya mərhələsi: statistika Azərbaycan komandasının tərəfində

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi iyunun 13-14-də 2025-ci il mövsümündə Avropa Qızıl Liqasında son oyunlarını keçirəcək.

İdman.biz xəbər verir ki, yarış Xorvatiyanın Zadar şəhərində baş tutacaq.

Faiq Qarayevin yetirmələri iyunun 13-də meydança sahibləri, ertəsi gün isə Rumıniya ilə qarşılaşacaqlar.

Komandamızın xorvatlarla matçlarda müsbət statistikası var. Rəqiblər rəsmi yarışlarda altı dəfə üz-üzə gəliblər və beş oyunda Azərbaycan komandası qələbə qazanıb. Sonuncu dəfə bu, ötən ilin Avropa Qızıl Liqasında baş verib - 3:0.

Rumıniya ilə qarşılaşmaların statistikasına gəlincə, altı rəsmi matçdan sonra 3:3 hesablı bərabərlik var. Düzdür, ötən ilki Avropa Qızıl Liqası da daxil olmaqla, son üç görüşdə rəqiblər qalib gəlib.

İdman.biz