"DH Volley" dörd legioner transfer edib

Xəbərlər
11 İyun 2025 13:13
54
"DH Volley" dörd legioner transfer edib

"DH Volley" klubu qadınlar arasında voleybol üzrə Azərbaycan çempionatında debütü ərəfəsində heyətini formalaşdırmağa davam edir.

İdman.biz xəbər verir ki, komanda indiyədək 4 legionerin transferini reallaşdırıb.

Onların arasında polşalı Natalia Qajevska, serbiyalı Yovana Çirkoviç, italiyalı Elenia De Manqo və braziliyalı Sonali Sidrao da var.

Komandaya həmçinin Azərbaycan millisinin voleybolçuları - Aynur İmanova, Raziyə Əliyeva, Ceyran İmanova və Nilufər Ağazadə də cəlb olunublar.

Qeyd edək ki, "DH Volley"in baş məşqçisi Fərid Cəlalovdur.

İdman.biz

Məqalədə: