Azərbaycan klubu Puerto-rikolu oyunçusu ilə yeni müqavilə imzalayıb

Xəbərlər
11 İyun 2025 12:06
64
Azərbaycan klubu Puerto-rikolu oyunçusu ilə yeni müqavilə imzalayıb

Qadın voleybolçular arasında son ölkə çempionu “Azərreyl” yeni mövsüm üçün heyət çalışmalarına start verib.

İdman.biz AZƏRTAC-a istinadən xəbər verir ki, “dəmiryolçular” Puerto-rikolu oyunçusu Nayka Benites ilə birillik yeni müqavilə imzalayıb.

36 yaşlı oyunçu ötən ildən Bakı təmsilçisində çıxış edir.

İdman.biz