Millimizin məşqçisi: “Komandada çatışmayan voleybolçular çoxdur, bu, bəhanə deyil”

Xəbərlər
6 İyun 2025 17:33
58
Millimizin məşqçisi: “Komandada çatışmayan voleybolçular çoxdur, bu, bəhanə deyil”

“Komandada əhval-ruhiyyə çox yaxşıdır”.

Bunu İdman.biz-ə voleybol üzrə qadınlardan ibarət Azərbaycan milli komandasının məşqçisi Famil Ağayev deyib.

Təcrübəli mütəxəssis yığmanın bu gün Avropa Qızıl Liqasında Slovakiyaya qarşı keçirəcəyi matçı öncəsi fikirlərini açıqlayıb. O bildirib ki, komandanın hazırlıq üçün kifayət qədər vaxtı olmayıb: “Buna baxmayaraq, əlimizdən gələni etmişik ki, hər hansı problem olmasın. Bu gün son məşqimizə çıxdıq, axşamki oyuna hazırlaşırıq. Çalışacağıq ki, ən yaxşısını edək. Düzü, bu gün komandada çatışmayan voleybolçular çoxdur, ancaq bu, bir bəhanə deyil. Heyətdə həmçinin gənc oyunçular da var. Bu matçda onlara şans verəcəyik ki, təcrübə qazansınlar”.

Qeyd edək ki, Azərbaycan – Slovakiya matçı saat 20:00-da start götürəcək. Millimiz sabah Monteneqro yığması ilə qarşılaşacaq.

Aytac Sahəd
İdman.biz