Yığmamız Minskdə Belarusla oynayacaq

Xəbərlər
6 İyun 2025 11:28
52
Yığmamız Minskdə Belarusla oynayacaq

Voleybol üzrə yeniyetmə oğlanlardan ibarət yığmamız (2008-2009) bu gün Belarusa yola düşüb.

İdman.biz xəbər verir ki, komandamız Minskdə Belarusun 18 yaşadək oğlanlardan ibarət millisi ilə birgə təlim-məşq toplanışı keçəcək.

İyunun 12-nə kimi davam edəcək birgə hazırlıq çərçivəsində yoxlama oyunlar da təşkil olunacaq.

Yeniyetmə oğlanlardan ibarət millinin baş məşqçisi Cahangir Seyed Abbasi səfərə 15 idmançı ilə yollanıb.

Qeyd edək ki, komandamız bu il ölkəmizdə keçiriləcək MBD Oyunlarında ölkəmizi təmsil edəcək.

İdman.biz