Bakıda Avropa Qızıl Liqasında Macarıstan Sloveniyaya qarşı

Xəbərlər
31 May 2025 12:05
60
Bakıda Avropa Qızıl Liqasında Macarıstan Sloveniyaya qarşı

Bu gün Bakıda qadın voleybolçular arasında Avropa Qızıl Liqasında bir oyun keçiriləcək.

İdman.biz xəbər verir ki, Macarıstan yığması Sloveniya ilə qarşılaşacaq.

Bu, macarlar üçün turnirdə ikinci oyun olacaq, sloveniyalılar isə yarışa yeni başlayırlar.

Qeyd edək ki, ilk oyunda Macarıstana uduzan (0:3) Azərbaycan yığması isə sabah Sloveniya ilə qarşılaşacaq.

İdman.biz