Avropa Qızıl Liqası Erebruda başlayır və Bakıda davam edəcək

Xəbərlər
29 May 2025 10:26
66
Avropa Qızıl Liqası Erebruda başlayır və Bakıda davam edəcək

Bu gün qadın voleybolçular arasında Avropa Qızıl Liqasına start verilir.

İdman.biz xəbər verir ki, turnir İsveçin Erebru şəhərində başlayacaq və burada meydan sahibləri Portuqaliya ilə qarşılaşacaqlar.

Sabahdan isə Avroliqanın Bakı mərhələsində çıxış edəcək komandalar mübarizəyə start verəcəklər. Azərbaycan millisi mayın 30-da Macarıstanla, iyunun 1-də isə Sloveniya ilə qarşılaşacaq.

Qeyd edək ki, “Dördlər finalı”na vəsiqə uğrunda mübarizə aparacaq Avropa Qızıl Liqasında 12 komanda çıxış edir.

İdman.biz