Yığmamızın Gümüş Avropa Liqası üçün heyəti açıqlanıb

Xəbərlər
12 May 2025 18:00
50
Yığmamızın Gümüş Avropa Liqası üçün heyəti açıqlanıb

Kişi voleybolçulardan ibarət Azərbaycan millisinin Gümüş Avropa Liqası üçün heyəti bəlli olub.

İdman.biz xəbər verir ki, ilkin heyətə 17 oyunçu daxil edilib.

Baş məşqçi Fərid Cəlalovun korpusunda köməkçiləri Akif Vəliyev və Cəlil Cəlilov yer alıblar. Heyətə 4 toppaylayıcı, 6 blokçu, 2 libero və 5 hücumçu cəlb olunub.

Toppaylayıcılar: Əmirmehdi Əbilov, Mirhasil Seyidli, Vüsal Rüstəmov, Roman Qurski;

Blokçular: Emin Alışanov, Mərdan Məmmədov, Dmitri Baranov, Aslan Həmidov, Yeqor Nikulenko, Ramazan Ağabəyov;

Liberolar: Nihad Qasımov, Kənan Allahverdiyev;

Hücumçu: Cavid Əzimov, Ruslan Əliyev, Yusif Bünyatov, Andrey Melnikov, Mirəşrəf Rzazadə.

Qeyd edək ki, yığmamız ilk oyununu iyunun 6-da İsveçə qarşı keçirəcək.

İdman.biz