Azərbaycanlı voleybol hakimi beynəlxalq oyunları idarə edəcək

Xəbərlər
8 May 2025 11:48
47
Azərbaycanlı voleybol hakimi beynəlxalq oyunları idarə edəcək

Azərbaycanlı beynəlxalq voleybol hakimi Eldar Əliyevin milli komandaların oyunlarına təyinatı təsdiqlənib.

İdman.biz xəbər verir ki, o, iyunun 13-15-də Bakıda kişi voleybolçular arasında keçiriləcək Avropa Gümüş Liqasının ikinci mini-turnirində iki görüşdə referilik edəcək.

Əliyev iyunun 14-də türkiyəli həmkarı Cevril Ebru Kaya ilə birlikdə Macarıstan - Lüksemburq matçını idarə edəcək. Ertəsi gün isə Corce Stevanoviç (Serbiya) ilə birlikdə Azərbaycan - Macarıstan matçında iş başında olacaq.

Qeyd edək ki, Azərbaycan millisi Avropa Gümüş Liqasının Bakı mərhələsinin açılış matçında iyunun 13-də Lüksemburqla qarşılaşacaq. Görüşü idarə etmək Cevril Ebru Kaya (Türkiyə) və Corce Stevanoviçə (Serbiya) həvalə olunub.

İdman.biz