“Azərreyl” iki voleybolçu ilə müqavilənin müddətini uzadıb

Xəbərlər
7 May 2025 14:50
53
“Azərreyl” iki voleybolçu ilə müqavilənin müddətini uzadıb

Kişi voleybolçulardan ibarət “Azərreyl” komandası iki legioner oyunçusu ilə müqaviləni yeniləyib.

İdman.biz AZƏRTAC-a istinadən xəbər verir ki, “dəmiryolçular” rusiyalı Sergey Platanenkov və iranlı Məhəmmədhüseyn Çarklui ilə sözləşmənin müddətini uzadıb.

Həmin voleybolçular daha bir il Bakı klubunda çıxış edəcəklər.

Hər iki oyunçu 2023-cü ildən “Azərreyl”in formasını geyinir.

Qeyd edək ki, Yüksək Liqanın son qalibi “Azərreyl” daha əvvəl baş məşqçisi Boris Qrebennikov ilə yeni müqavilə imzalayıb.

İdman.biz