Abduləzimovadan 11 xal - qələbə üçün kifayət etməyib

Xəbərlər
22 Mart 2025 13:42
67
Abduləzimovadan 11 xal - qələbə üçün kifayət etməyib

Azərbaycanlı voleybolçu Ayşən Abduləzimova “Vaşaş”la Macarıstan çempionatının yarımfinal seriyasında çıxış edir.

İdman.biz xəbər verir ki, ölkə çempionu finala vəsiqə uğrunda "Kapoşvar"la mübarizə aparır.

İlk görüşdə qalib gələn (3:0) "Vaşaş" seriyanın ikinci qarşılaşmasında rəqibinə uduzub - 2:3. Abduləzimova 11 xal toplayıb.

İndi finalçını müəyyənləşdirmək üçün komandalar ən azı daha iki oyun keçirməlidirlər.

İdman.biz