Rəhimova dramatik matçda 10 xal qazanıb

Xəbərlər
18 Mart 2025 11:39
67
Rəhimova dramatik matçda 10 xal qazanıb

Azərbaycan voleybolçusu Polina Rəhimova Braziliya çempionatında növbəti oyununu keçirib.

İdman.biz xəbər verir ki, onun çıxış etdiyi "Osasko" XX turda səfərdə "Minas"a 2:3 hesabı ilə uduzub.

Rəhimovanın 10 xal topladığı matç dramatik ssenari ilə keçib: ilk iki hissədə uduzan "Osasko" sonra hesabı bərabərləşdirsə də, tay-brekdə məğlub olub - 18:20.

Komanda turnir cədvəlinin üçüncü pilləsində qalaraq, pley-offa vəsiqəni təmin edib.

İdman.biz