Naxçıvanda daha bir federasiya fəaliyyətini dayandırıb

Xəbərlər
17 Mart 2025 12:30
99
Naxçıvanda daha bir federasiya fəaliyyətini dayandırıb

Azərbaycanda daha bir federasiya fəaliyyəti dayandırıb.

İdman.biz xəbər verir ki, 2002-ci ildə yaradılan Naxçıvan Voleybol Federasiyası fəaliyyət göstərməyəcək.

Vüqar Əliyev sədri olduğu qurumun əvəzinə yeni bölmə yaradılacaq. Muxtar Respublikada bu idman növünə Azərbaycan Voleybol Federasiyasının Naxçıvan bölməsi rəhbərlik edəcək.

Qeyd edək ki, bunadək Muxtar Respublikanın şahmat, basketbol, kikboksinq və bir neçə digər növ üzrə federasiyası da ləğv olunub.

İdman.biz