Bu gün kişi voleybolçular arasında Yüksək Liqada VII tura yekun vurulub.
İdman.biz xəbər verir ki, son oyun günündə bir matç keçirilib.
“Azərreyl” çempionatın lideri “Murov Az Terminal”la görüşüb. GİN-in Voleybol Mərkəzində baş tutan qarşılaşma qonaq komandanın üstünlüyü ilə keçib. Lider hər 3 setdə rəqibindən güclü olub.
Yüksək Liqa (kişilər)
VII tur
23 yanvar
16:00. “Azərreyl” - “Murov Az Terminal” - 0:3 (22:25, 20:25, 25:27)
GİN-in Voleybol Mərkəzi
| 
			 1  | 
			
			 Murov Az Terminal  | 
			
			 7  | 
			
			 7  | 
			
			 0  | 
			
			 21-0  | 
			
			 525-373  | 
			
			 21  | 
		
| 
			 2  | 
			
			 Xilasedici  | 
			
			 7  | 
			
			 6  | 
			
			 1  | 
			
			 18-4  | 
			
			 526-400  | 
			
			 18  | 
		
| 
			 3  | 
			
			 Azərreyl  | 
			
			 7  | 
			
			 4  | 
			
			 3  | 
			
			 15-9  | 
			
			 562-455  | 
			
			 13  | 
		
| 
			 4  | 
			
			 Neftçi  | 
			
			 7  | 
			
			 3  | 
			
			 3  | 
			
			 9-15  | 
			
			 498-540  | 
			
			 8  | 
		
| 
			 5  | 
			
			 MOİK  | 
			
			 7  | 
			
			 1  | 
			
			 6  | 
			
			 3-20  | 
			
			 482-548  | 
			
			 2  | 
		
| 
			 6  | 
			
			 Gənclər  | 
			
			 7  | 
			
			 0  | 
			
			 7  | 
			
			 3-21  | 
			
			 398-576  | 
			
			 1  | 
		
Qeyd edək ki, turun ilk günündə “Gənclər” MOİK-ə 2:3 (25:22, 19:25, 25:20, 20:25, 9:15) hesabı ilə uduzub, “Xilasedici” “Neftçi”ni üç setdə məğlub edib - 3:0 (25:16, 25:23, 25:12).
İdman.biz
        
                        
                        
                        
                        
                        
                        
                        
                        
                        
                        
                        
                        
                    
                    
                    
                    