“Azərreyl” Çağırış kubokunda “Balta” ilə ikinci oyununu keçirəcək

Xəbərlər
18 Oktyabr 2023 09:44
121
“Azərreyl” Çağırış kubokunda “Balta” ilə ikinci oyununu keçirəcək

Qadın voleybolçulardan ibarət “Azərreyl” klubu bu gün Çağırış kubokunun 1/32 final mərhələsində cavab oyununa çıxacaq.

İdman.biz xəbər verir ki, Cengiz Akarçeşmenin baş məşqçisi olduğu Bakı təmsilçisi Ukrayna “Balta”sını sınağa çəkəcək.

İlk görüşdə qələbə qazanan Azərbaycan çempionunun ikinci görüşü də “quru hesabla” bitirəcəyi gözlənilir. 1 gün öncə 1 set qazana bilməyən və ikinci matçın nominal ev sahibi olan “Balta”nın geridönüş edəcəyi inandırıcı görünmür.

Çağırış kuboku
1/32 final, cavab oyunu
18 oktyabr

20:00. “Balta” (Ukrayna) - “Azərreyl” (Azərbaycan)
Bakı. Voleybol Mərkəzi
İlk oyun – 0:3

İdman.biz