Millinin məşqçilər korpusunda dəyişiklik

Xəbərlər
26 Noyabr 2024 11:37
88
Millinin məşqçilər korpusunda dəyişiklik

Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatında iştirak etmək üçün bu gün Estoniyaya yola düşən 16 yaşadək voleybolçu oğlanlardan ibarət Azərbaycan millisinin məşqçilər korpusunda dəyişiklik baş verib.

İdman.biz xəbər verir ki, səhhətində yaranan problemə görə baş məşqçi Cahangir Seyed Abbasi yarışda iştirak edə bilməyəcək.

Onu Cengiz Akarçeşmə əvəz edəcək. Akarçeşmənin köməkçiləri isə Tural Teymurov və Elşən Heybətov olacaq.

Qeyd edək ki, noyabrın 7-30-da keçiriləcək yarışda komandamız B qrupunda yer alıb. Rəqiblərimiz Estoniya və Latviya yığmaları olacaq. AVRO-2025-ə seçmə xarakteri daşıyan çempionatın reqlamentinə əsasən, çempion qitə birinciliyinin final mərhələsinə vəsiqə əldə edəcək.

İdman.biz

Məqalədə: