Azərbaycanlı hakim Kəmalə Əsgərova Avropa Voleybol Konfederasiyası tərəfindən təyinat alıb.
İdman.biz xəbər verir ki, yeni beynəlxalq dərəcə alan həmyerlimiz ölkəmizi xaricdə ilk dəfə təmsil edəcək.
O, 16 yaşadək qızlar arasında Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatında hakimlik edəcək.
Qeyd edək ki, noyabrın 20-23-də Polşanın Debika şəhərində keçiriləcək yarışda Azərbaycanla yanaşı, Latviya, Gürcüstan, Ukrayna, Litva, Estoniya və ev sahibi komandası mübarizə aparacaq.
İdman.biz