Azərbaycan Polşada Ukrayna ilə oynayacaq

Xəbərlər
7 Noyabr 2024 15:54
100
Azərbaycan Polşada Ukrayna ilə oynayacaq

Azərbaycanın 16 yaşadək voleybolçu qızlardan ibarət milli komandası Şərqi Avropa Voleybol Zonal Assosiasiyasının (EEVZA) çempionatında iştirak edəcək.

İdman.biz xəbər verir ki, yarış noyabrın 20-23-də Polşada keçiriləcək.

Azərbaycan çempionatda B qrupunda Litva, Ukrayna və Estoniya yığmaları ilə üz-üzə gələcək. Digər qrupda isə Latviya, Gürcüstan, və Polşa mübarizə aparacaq.

Qeyd edək ki, yarış AVRO-2025-ə seçmə xarakteri daşıyır. Reqlamentə əsasən, çempion qitə birinciliyinin final mərhələsinə vəsiqə qazanacaq.

İdman.biz

Məqalədə: